Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Tədbirlər
27 May , 2022
 Suraxanı MKS-nin Mərkəzi Kitabxanası 28 May - Müstəqillik Gününə həsr olunmuş "Tariximizin böyük nailiyyəti " adlı tədbir keçirdi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Qarabağ müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müstəqillik günü haqqında ətraflı məlumat verildi.Fonda milli ruhda musiqilər səsləndirildi.Mədəniyyət evinin təşkilatçısı Səadət Hüseynova "Azərbaycan deyəndə" adlı şeir kompozisiyası ilə çıxış etdi. Şagirdlərin ifasında Azərbaycan haqqında şeirlər səsləndirildi və şagirdlər rəsm əsərlərini nümayiş etdirildi.
Sonda şagirdlər kitabxanamızın fondunda olan kitablarla tanış oldular.Mərkəzi Kitabxananın Baş metodisti Jalə Mirzəyeva şagirdlərə yeni gələn kitablar haqqında ətraflı məlumat verdi.
Foto Qalereya