Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Elanlar
31 May , 2022
Cavid Səfərli 1993-cü il mayın 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1999-2001-ci illərdə R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbində, 2001-2007-ci illərdə İmişli şəhərində N.Şirinov adına 5 saylı tam orta məktəbdə, 2007-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Cavid Səfərli 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2016-2018-ci illərdə Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Motoatıcı Briqada Bölüyünün komandiri, 2018-2020-ci illərdə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə Bölükkomandiri, 2020-ci ildən isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə Tabor komandiri vəzifələrində xidmət edib.
Azərbaycan Ordusunun baş leytenantı olan Cavid Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Cavid Səfərli oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Düdükçü istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 17-də İmişli rayonunun Əliqulular kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Vətən uğrunda" ,2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən "İgidliyə görə", 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Возможно, это изображение 3 человека, люди стоят, на открытом воздухе и памятник