Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Tədbirlər
23 Fevral , 2023
    22 fevral 2023-cü il tarixində Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar “Xocalı-faciədən doğan intiqam” adlı tədbir keçirildi.Tədbirdə kitabxananın əməkdaşları və 79 № li məktəbin 8-ci sinif şagirdləri iştirak etdi.
Azərbaycanın dövlət himni səsləndirildi.Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

    Oxuculara xidmət şöbəsinin müdiri G.Hacıyeva Xocalıda erməni vəhşiləri tərəfindən törədilən soyqırım haqqında məlumat verdi. İllər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək, qədim Azərbaycan şəhəri Xocalının yerlə-yeksan edilməsi, uşaq, qadın, qoca bilmədən insanların vəhşicəsinə qətlə yetirilməsi haqqında danışıldı.
    Minlərlə arxeoloji, tarixi-memarlıq abidələrin dağıdılması, milli-mənəvi dəyərlərimizin vandalcasına məhv edilməsi müzakirə edildi.
Şagirdlərin ifasında Xocalı faciəsinə həsr edilmiş şeirlər səsləndi.
    Tədbirdə Xocalı faciəsinin qələmə alındığı kitablar nümayiş etdirildi və “Əsrin faciəsininin” reallıqlarını əks etdirən videoçarx təqdim olundu.
Foto Qalereya