Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Haqqımızda
6 Sentyabr , 2015

   Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemini 2011-ci ildə təşkil olunmuşdur. Mərkəzi Kitabxana və 5 filialdan ibarətdir. Suraxanı rayon Mərkəz- ləşdirilmiş Kitabxana Sisteminin ümumi fondunda 180824 nüsxə kitab vardır və il ərzində 19826 nəfər oxucuya xidmət göstərilir.

 

 

Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası

Bülbülə qəsəbəsindəki Üzeyir Hacıbəyov adına kitabxananın əsasında təşkil olunmuşdur. Üzeyir Hacıbəyov adına kitabxana 1930-cu ildə təşkil olunmuş və uzun illər indiki M.Ə.Sabir adına mədəniyyət evinin nəzdində fəaliyyət göstərmişdir. 1953-cü ildən kitabxana sərbəst fəaliyyət göstərmiş və ona dahi bəstəkar Üzeyir Hacıbəyovun adı verilmişdir. 1978 –ci ildə 135 kv.m. sahəsi olan yeni ikimərtəbəli, 4 otaqdan ibarət olan kitabxana binası tikilib istifadəyə verilmişdir. Yeni kitabxananın qiraət zalı, Azərbaycan və rus abonoment şöbəsi , zəngin kitab fondu olmuşdur. Hal-hazırda, Mərkəzi Kitabxananın kitabişləmə və komplektləşdirmə şöbəsi, oxuculara xidmət şöbəsi, metodika və biblioqrafiya şöbəsi, kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir. Kitabxana işini qəsəbədə yerləşən 79, 140,208, 226 və 232 sayli məktəblər ilə əlaqəli təşkil edir. Kitabxanada səyyar oxucu xidməti fəaliyyət göstərir. Kitabxana Bülbülə qəsəbəsində yaşayan 26000 nəfər əhaliyə xidmət göstərir.

Mərkəzi Kitabxananın 30301 kitab fondu vardır və il ərzində 1830 oxucuya xidmət göstərilir. Kitabxana Bül-bülə qəsəbəsi, Laçın Səlimov küçəsi,10 ünvanında yerləşir.

 

FİLİAL № 1

Suraxanı rayon MKS –nin 1 saylı filialı Əmircan qəsəbəsində, mədəniyyət evinin binasının ikinci mərtəbəsində yerləşir. Kitabxana 1926-cı ildən fəaliyyət göstərir. 1946-cı ildən kitabxana görkəmli yazıçı və mütəfəkkir Abbasqulu Ağa Bakıxanovun adını daşıyır. 2011-ci ildən etibarən isə kitabxana Suraxanı rayon Mərkəzləşdirilmış Kitabxana Sisteminin 1 saylı filialı olaraq öz işini davam etdirir. Kitabxana Əmircan qəsəbəsində yaşayan 32000 nəfər əhaliyə xidmət göstərir. Qəsəbədəki 84, 87, 97, 114,154 və 226 saylı məktəblərin şagirdləri kitabxanaya cəlb olunmuşdur. Səyyar oxucu xidməti ilə də kitabxana xəstə və yaşlı oxuculara xidmət göstərir. Kitabxana Əmircan qəsəbəsi, E. Həsənov küçəsi, 44 ünvanda yerləşir. Kitabxananın 29142 nüsxə kitab fondu və il ərzində 4037 oxucusu olmuşdur.

FİLİAL № 2

Suraxanı rayonu MKS-in 2 saylı filialı Yeni – Suraxanı qəsəbəsində Mədəniyyət evinin nəzdində 10kv. m sahədə yerləşir . Kitabxana 1933-cü ildən “ 28 aprel ” , 2002-ci

ildən “ Yeni Suraxanı” qəsəbə kütləvi kitabxanası , 2011-ci ildən MKS-in 2 saylı filialı adı ilə fəaliyyət göstərir.

Kitabxana 18.000 əhalisi olan qəsəbəyə xidmət edir. Kitabxana işini qəsəbədə yerləşən 89 və 101 sayli məktəblər, 323 nömrəli uşaq baxçası, qəsəbə nümayəndəliyi , qəsəbə bələdiyyəsi , ağsaqqallar şurası ilə əlaqəli şəkildə qurur . Kitabxananın 31090 nüsxə kitab fondu vardır və il ərzində 4338 oxucuya xidmət göstərilir. Kitabxana Yeni Suraxanı qəsəbəsi, Əmi Məmmədov küçəsi, ünvanında yerləşir.

 

FİLİAL № 3

Suraxanı rayonu MKS-in 3 saylı filialı Zığ qəsəbəsində Həzi Aslanov küçəsi ,27 ünvanında yerləşir. Kitabxana 1940-cı ildən fəaliyyət göstərir və Nizami adına kütləvi kitabxana adlandırılmışdır. 2011-ci ildən Mərkəzləşdirilmiş Kitabxana Sistemininin 3 saylı filialı kimi fəaliyyət göstərir. Kitabxananın sahəsi 40kv.m-dir. Zığ qəsəbəsinin 17250-ə yaxın əhalisinə xidmət göstərir.Kitabxana qəsəbədə yerləşən 65 və 317 saylı tam orta məktəbin şagird və müəllimlərinə, 30 saylı tibb məntəqəsinin həkim kollektivinə, 67 saylı uşaq bağçasının və TRANSQEYT MMC-də calışan fəhlə və qulluqçulara xidmət göstərir.Kitabxananın keçirdiyi bütün tədbirlərdə 65 və 317 saylı məktəbin şagird və müəllim kollektivi iştirak edir. Səyyar oxucu xidməti ilə də kitabxana xəstə və yaşlı oxuculara xidmət edir. Kitabxananın 13765 nüsxə kitab fondu vardır və il ərzində 1766 oxucuya xidmət göstərilir.

FİLİAL № 4

Suraxanı MKS-in 4 saylı filialı Hövsan qəsəbəsində, M.A.Əliyev adına mədəniyyət evinin nəzdində yerləşmişdir. Kitabxananın sahəsi 32kv.m.-dir. Filial Hövsan qəsəbəsi Məktəb küçəsi 35 ünvanındadır. Kitabxananın əvvəlki adı Hövsan qəsəbə kütləvi kitabxanası olmuşdur. 2011-ci ildən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin 27 yanvar 2011-ci il tarixli 04 saylı əmrinə əsasən Suraxanı MKS yaradıldıqdan sonra 4 saylı filial adlandırılmışdır..Kitabxana 1935-ci ildən fəaliyyətdədir. Hövsan qəsəbəsində yaşayan 40 minə yaxın əhaliyə xidmət göstərir. Qəsəbədəki 118, 196, 270, 76 və 280 saylı məktəblərin şagirdləri kitabxanaya cəlb olunmuşdur. Bundan əlavə 203, 104 saylı uşaq bağçasında, 23 saylı tibb məntəqəsində çalışan işçilərə filial xidmət göstərilir. 4 saylı filial əsasən M. A. Əliyev adına mədəniyyət evi və Hövsan qəsəbə nümayəndəliyi ilə sıx əlaqə saxlayır və mədəniyyət evinin kurs və dərnək şagirdləri, işçi heyəti kitabxananın bütün tədbirlərində yaxından iştirak edirlər . Kitabxananın 12604 nüsxə kitab fondu vardır və il ərzində 2643 oxucuya xidmət göstərilir.

FİLİAL № 5

Suraxanı rayon MKS-nin 5 saylı filialı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının nəzdində, Suraxanı rayonu, Park küçəsi 24 ünvanında yerləşir.Kitabxana 1932-ci ildən Oktyabr İnqılabı adına Uşaq kitabxanası kimi fəaliyyətə başlamışdır .1995-ci ildən kitabxanaya xalq şairi Osman Sarıvəllinin adını verilmişdir.2011-ci ildən etibarən isə kitabxana Suraxanı rayon Mərkəzləşdirilmış Kitabxana Sisteminin 5 saylı filialı olaraq öz işini davam etdirir. Kitabxana uşaq kitabxanası olduğu üçün əsasən məktəb yaşlı oxuculara xidmət göstərir. Suraxanı rayonu ərazisində yerləşən 87,114, 97,226,154,84 saylı orta məktəblərin şagirdləri kitabxanadan istifadə edirlər.

Ktabxanada səyyar kitab xidməti fəaliyyət göstərir.Kitabxananın işçiləri kitabxanaya gəlməyə çətinlik çəkən təqaüdçülərin evlərinə kitab aparır, 324, 23 saylı uşaq bağçalarına, Vüqar Bayramov adına Körpələr evinə xidmət göstərir. Kitabxananın 64266 nüsxə kitab fondu vardır və il ərzində 5426 oxucuya xidmət göstərilir.