MKS-in direktoru: Əhmədova Mərziyə Yusif qızı
____________________________________________
Metodika və biblioqrafiya şöbəsi
Kitabxanaçılara işin yeni üsul və metodlarına yiyələnməyə, qabaqcıl təcrübəni aşkar etməyə, ümumiləşdirməyə, tətbiq etməyə, kadrların ixtisaslarının artırılması, sistemdə kitabxana işinin təşkil olunmasına kömək etmək; rayonun ərazisində yerləşən müxtəlif idarələrə məxsus kitabxanalara metodiki kömək göstərmək, kitabxanalararası təcrübə mübadiləsini təşkil etmək.
Şöbə müdiri: Ələkbərova Sevda Fəyaz qızı
______________________________________
Kitabişləmə və Komplektləşdirmə şöbəsi
Kitabxananın, o cümlədən MKS-in bütün fondu məhz bu şöbə tərəfindən komplektləşdirilir. Şöbə yeni daxil olmuş ədəbiyyatın uçotunu aparır, fondların tərkibinin öyrənilməsini və yeni kitabların işlənilməsini həyata keçirir.
Şöbə müdiri: Abasova Sədaqət Aşur qızı
______________________________________
Oxuculara xidmət şöbəsi
Şöbə oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə kitabxana-biblioqrafiya və informasiya xidmətləri göstərir. Şöbənin fondu bədii və elmi ədəbiyyatla, müxtəlif dərs vəsaitləri ilə zəngindir. Buradan ayrı-ayrı oxucu qrupları istifadə edir.
Şöbə müdiri: Hacıyeva Gülli İbrahim qızı
_______________________________________
Kitabxana-biblooqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
MKS-in veb-saytında informasiyaları tənzimləyir, məlumatların yerləşdirilməsi, qruplaşdırılması işləri yerinə yetirməklə məlumat bazasını təkmilləşdirir. Eyni zamanda məlumatı ötürmək, veb-saytı yeni materiallarla zənginləşdirmək, fotosessiyaları, slaydları işləyib hazırlamaqla məşğul olur.
Şöbə müdiri: Məmmədova Rəqsanə Mehman qızı