Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
30 Sentyabr , 2015
Qarabağ atı Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir.
XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir.Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.
Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır.Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına aparılmışdır.
Hazırda "Ərəb", "Don", "Budyonnı", kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur.