Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Xəbərlər
21 Yanvar , 2019

Yanvarın 19-da Suraxanı rayon MKS-inin 3 №-li kitabxana filialı və Zığ qəsəbə Mədəniyyət evinin kollektivi “20 Yanvar” şəhidlərinin anım günülə bağlı Şəhidlər Xiyabanını ziyarət etdi. Kitabxanada “Şəhidlər unudulmur” adlı kitab sərgisi tərtib edildi.

Azərbaycan xalqının vətənpərvər ,  xalqına vətəninə sadiq igid oğul və qızlarımızın məzarını  ziyarət etmək hər bir azərbaycanlının borcudur.Tarixə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990 cı il 20 yanvar hadisələrindən artıq 29 il keçir.Azərbaycan xalqının azadlıq hayqırtısını boğmaq məqsədilə Bakıya və başqa rayonlara sovet hərbi hissələri yeridildi, dinc əhaliyə divan tutuldu və 29 ildir ürəklərdə sönməyən məlum  faciə baş verdi.Kollektiv olaraq şəhidlərimizi rəhmətlə anırıq.

Foto Qalereya