Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Tədbirlər
10 Oktyabr , 2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında 2019-cu il oktyabrın 9-da Azərbaycan opera sənətinin görkəmli nümayəndələrindən biri Hüseynqulu Sarabskinin 140 illik yubleyi ilə əlaqədar “ Köhnə Bakı ” əsərinin müzakirəsi keçirildi.

İlk öncə şöbə müdiri G.Hacıyeva milli musiqi mədəniyyətində öz mövqeyi olan sənətkar, opera səhnəsinin əfsanəvi Məcnunu H.Sarabskinin həyat və yaradıcılığı haqqında məlumat verdi.

 H.Sarabskinin 1938-ci ildə qələmə aldığı ”Köhnə Bakı” kitabının müzakirəsi 79 № li məktəbin 7-ci sinif şagirdləri ilə keçirildi.

Əsərdə   keçən əsrin əvvəllərində Bakı sakinlərinin  həyatı və məişəti ilə bağlı müxtəlif hadisələr cərəyan edir.Şağirdlər tarixi keçmişimizin öyrənilməsində bu əsərin yardımçı olmasını da qeyd etdilər.

Bakı həyatının-mərasimlərin,oyunların ,müxtəlif məişət lövhələrinin təsviri kitabda öz əksini tapmışdır.Əsər indi də öz aktuallığını qoruyub saxlamaqdadır. 

Foto Qalereya