Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Tədbirlər
6 Noyabr , 2019

Noyabrın 6-da Bakı şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 79 saylı məktəbdə 9 Noyabr Dövlət  bayrağı günü ilə əlaqədar “İstiqlal nuruna boyanan Azərbaycan “adlı tədbir keçirdi.

Məktəbin müəllimlərindən E.Həsənova,S.Abdullayeva  Azərbaycan tarixində mühüm rol oynayan bu gün haqqında  məlumat verdilər. Bayraq sözünün etimologiyası, Ulu Öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi yol haqqında isə  Mərkəzi Kitabxananın sistem inzibatçısı Y.Mirzəyeva  danışdı.

Kitabxananın fəal oxucuları üçrəngli bayrağımıza həsr olunmuş şeir kompozisiyası ilə çıxış etdilər.

Foto Qalereya