Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Elanlar
25 Fevral , 2020

             Fevralın 24-də Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Mədəniyyət evi ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “ Xocalım qan ağlayır ” adlı dəyirmi masa təşkil etdi.

             İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kitabxananın müdiri çıxış edərək qeyd etdi ki, dünya tarixində insanların kütləvi qətliamı ilə bağlı soyqırımlar çox olub. Amma onların içərisində Xocalı soyqırımı xarakteri və qəddarlığı ilə fərqlənir.Dəhşətli soyqırımlara imza atan ermənilər 25-dən 26-sına keçən gecə keçmiş sovetlərin 366-cı alayının əsgər və zabitləri ilə birlikdə Xocalıda dinc əhalini vəhşicəsinə qətlə yetirmişdilər. 

Mədəniyyət evinin bədii rəhbəri  Qarabağ müharibəsinin canlı şahidi kimi çıxış edərək erməni cəlladlarının Şuşada törətdikləri vəhşilikliklərdən danışdı.  

         Məktəblilərin ifasında “ O gecə ” adlı kompozisiya təqdim olundu.

         Sonda  “ Tariximizin qan yaddaşı “ başlıqlı kitab sərgisi və “Rəsm” kursunun şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgi nümayiş oldu .

Foto Qalereya