Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Tədbirlər
26 Fevral , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon MKS-inin Mərkəzi Kitabxanası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq fevral ayının 26-da “Yaddaşların Xocalı agrısı” adlı sərgi keçirdi.

       Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən,  azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. 

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.

Sərgidə Xocalı soyqırımını əks etdirən kitablar nümayiş etdirildi.

 

 

 

Foto Qalereya